AZ

Böyük Qayıdış çərçivəsində Xanabad kəndinə köçürülmə prosesi ilə bağlı açıqlama

Bu günlərdə sosial şəbəkələrdə yayımlanan müsahibədə Laçınrayonunun Ələkçi kəndindən olan, Ağdam rayonu, Təzəkənd kəndindəmüvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün Hüseynov Müslüm Qaçayoğlunun Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsinin fəaliyyəti və Böyük Qayıdış tədbirləri ilə bağlıiddialar səsləndirib.

Bildiririk ki, M.Q.Hüseynov Ağdam rayonu Təzəkənd kəndi Dəmiryolstansiyası ərazisində yerləşən yaşayış üçün yarasız tikilidəmüvəqqəti məskunlaşıb. Onun Komitəyə müraciəti əsasında Xocalırayonunun Xanabad kəndinə daimi məskunlaşması məqsədilə, mövcudqaydalara görə ailə tərkibinə uyğun olaraq ikiotaqlı fərdi yaşayışevinin ayrılması barədə qərar qəbul edilib. O, 2025-ci il noyabrın21-də kəndə köçürüləcək 22 ailənin də iştirakı ilə keçirilmişpüşkatmada iştirak edib püşkünü çəkərək evin kodlaşdırılmışünvanını əldə edib.

M.Q.Hüseynov etdiyi yazılı müraciətlərdə də əvvəlcə onapüşkatmada çıxmış evlə bağlı narazılıq bildirib, sonradan isəqızının ailəsinə verilmiş evlə qonşuluqda başqa yaşayış sahəsitələb edib. Bildiririk ki, hazırda Xanabad kəndinə köç başlamayıb.Köç olanadək püşkatma nəticəsində ona düşən evə köçə bilməyəcəyiilə bağlı qərarının qəti olduğu halda bunun rəsmiləşdirilməsi iləbağlı Dövlət Komitəsi tərəfindən vətəndaşa rəsmi məktub göndərilib,lakin bu günədək cavablandırılmayıb.

Qeyd edək ki, təsdiq edilmiş bərpa qrafikinə uyğun olaraqaidiyyəti qurumlar tərəfindən mərhələli formada inşa, yaxud bərpaolunmuş evlərin təqdim olunmuş kodlar üzrə siyahısına əsasən DövlətKomitəsi tərəfindən yalnız köçürüləcək ailələrin püşkatmasıkeçirilir. Püşkatma Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrəDövlət Komitəsinin rəhbər şəxsləri, həmçinin İctimai Şuraüzvlərinin iştirakı ilə açıq və şəffaf şəkildə keçirilir.

Böyük Qayıdış tədbirlərinin icrası, işğaldan azad edilmişərazilərin məskunlaşdırılması ilə əlaqədar Dövlət Komitəsininfunksional fəaliyyəti ilə bağlı M.Q.Hüseynovun əsassız fikirlərininvə onun söylədiklərinin sosial şəbəkələrdə ictimailəşdirilməsihüquqi məsuliyyət yarada bilər.

Seçilən
58
21
az.trend.az

10Mənbələr