Bakı. Trend:
Ölkədə səhiyyə müəssisələri, xəstəxanalar və ya xəstə vəzərərçəkənlərə hücum etmək və xəsarət yetirmək qəbuledilməzdir.
Trend-inməlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bugün (7 yanvar) Tehranda Nazirlər Kabinetinin iclasından sonrajurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hər hansı bir etiraz zamanı qeyd olunanməkanlara və ya şəxslərin hüquqlarına hörmətlə yanaşmaq lazımdır.Bu məkanlar təhlükəsiz qalmalıdır.
Mohacerani bildirib ki, İlam vilayətində İmam Xomeynixəstəxanasında baş verən hadisə ilə bağlı İran prezidenti MəsudPezeşkian dərhal göstəriş verib. Ardınca səhiyyə naziri və daxiliişlər naziri məsələnin qanuni və hüquqi cəhətdən araşdırılması üçüngöstərişlər veriblər. Bundan başqa daxili işlər naziri tərəfindənbir nümayəndə İlama ezam olunub ki, lazımi araşdırma aparsın.
Qeyd edək ki, ötən həftə İlam vilayətinin İmam Xomeynixəstəxanasında etirazçılarla hüquq-mühafizə məmurları arasındaqarşıdurma baş verib. Bəzi medialar hadisə nəticəsində ölən vəyaralananların olduğunu bildiriblər.