AZ

"İmişli"nin hücumçusu getdi

"İmişli"nin futbolçularından birinin taleyinə aydınlıq gəlib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, hücumameyilli yarımmüdafiəçi və mərkəz hücumçusu mövqelərində çıxış edən İbrahim Əliyevdir.

İndiki klubunda oyun praktikasından əziyyət çəkən ön xətt oyunçusu 1-ci Liqanın lideri "Şəfa" keçəcək. 26 yaşlı forvardın "pələnglər"lə vidalaşacağı dəqiqləşib. Aran klubunun məlumatı yaxın vaxtlarda ictimaiyyətə açıqlayacağı gözlənilir.

Qeyd edək ki, İbrahimin "İmişli" ilə müqaviləsinin müddəti 2026-cı gələn ilin yayına qədər nəzərdə tutulmuşdu. Cari mövsüm Premyer Liqada 9 matçda cəmi 89 dəqiqə oynayan futbolçu məhsuldar göstəriclərlə yadda qalmayıbsa, Bizon Azərbaycan Kubokunda 2 qarşılaşmada 1 qola imza atıb.

Nihat

Seçilən
14
2
fanat.az

3Mənbələr