Qiymət artımı ölkə ərazisində digər sahələrə necə təsir göstərəcək? Məsələ ilə bağlı iqtisadçı ekspert Günay Hüseynova Ajans.az-a açıqlama verib. Ekspert bildirib ki, nəqliyyat logistika,daşımalarda yanacağın qiymətinin artması ərzaq və qeyri-ərzaq mallarının qiymətinə təsir göstərir. Lakin mövcud vəziyyətdəki artım qiymətlərə təsir göstərməyəcək. Artan qiymətlər inflyasiya və bayram ilə əlaqədardır. Günay Hüseynovanın sözlərinə görə, artan benzin və dizel qiyməti xərc yükünü artırmır. Yanacağın bahalaşması bir sürücünün aylıq xərclərinə individual olaraq, təsir göstərir. Nə qədər artıb-azalması sürücünün istifadəsi və qət etdiyi məsafə ilə bağlıdır. “Məsələn bir sürücü gündə 5 litr istifadə edir digəri 100. Avtomobilin motorunun həcminə görə sərfiyyat da dəyişir. 1.4 motor ilə 4.4 -ün yanacaq sərfi eyni deyil. Hər nə qədər eyni məsafə gedilsə də.” Minimum hesabla, ekonom maşınlar üçün 5-6 manat civarında xərclər artıb. İqtisadçı ölkənin ticarət və logistika gəlirlərinə də nəzər yetirib. Qeyd edilib ki, bu son artım ilə tamamı ilə əlaqəsizdir. Son illərdə bu sahədə ciddi islahatlar, işlər görülür. İlk olaraq, xarici investorların ölkəyə cəlb edilməsi ,şərtlərin yumşadılması, dəhliz və dəmiryolu xətti ilə bağlı işləri nümunə göstərmək olar. Həmçinin, tranzit gəlirləri də bu sahəyə daxil edilir.