Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Fransalı məşhur aktrisa Bricit Bardonun ölüm səbəbi məlum olub.
“Qafqazinfo” “Paris Match” nəşrinə istinadən xəbər verir ki, bu barədə aktrisanın həyat yoldaşı Bernar d'Ormal açıqlama verib.
Onun sözlərinə görə, həyat yoldaşı ölümündən əvvəl bədxassəli şişlərin çıxarılması ilə bağlı keçirdiyi əməliyyatlar səbəbindən zəifləyib: “Xərçəng xəstəliyi ilə əlaqəli iki əməliyyat nəticəsində fiziki cəhətdən zəifləyən və bel nahiyəsində güclü ağrılar hiss edən Bricit Bardo sonda həyat əzmini itirdi”.
Kino əfsanəsi ömrünün son günlərini San-Tropedə öz evində həyat yoldaşı ilə yanaşı, pişik və itlərinin əhatəsində keçirib. D'Ormal bildirib ki, ona həyat yoldaşına qulluq etməkdə tibb bacıları da kömək edib.
Xatırladaq ki, Fransa kinosunun ən məşhur simalarından olan Bricit Bardo ötən il dekabrın 28-də 91 yaşında vəfat edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.