AZ

YAP Samuxrayon təşkilatınınərazi partiya təşkilatında yığıncaq keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının İcra Hakimiyyəti ərazi partiya təşkilatında partiya üzvləri ilə görüş keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncağı giriş sözü ilə açan Samux rayon İcra Hakimiyyətinin Başçısı Firdovsi Əliyev yığıncağın gündəliyi haqqında məlumat verib və  cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının keçdiyi çətin, şərəfli yoldan danışıb. F.Əliyev bildirib ki, YAP yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanıb, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirib. Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən danışarkən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd edib.

Sonra gündəlikdə olan məsələlərə baxılıb. Gündəlikdə olan əsas məsələ ərazi partiya təşkilatına yeni sədrin və müavinin seçilməsinə zərurətin yaranması olub. Beləliklə, gündəlikdə olan məsələlər səsə qoyulub, yekdil səslə Samux rayon İcra Hakimiyyəti Başçısının müavini- ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova  ərazi partiya təşkilatının sədri, İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Emin Şəmmədov isə sədr müavini seçiliblər.

Yığıncaqda iştirak edən Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan bəhs edib. G. Bayramov  bildirib ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub. Əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda ölkəmiz  Azərbaycan Respublikasının Prezidenti,  Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyir.

Daha sonra Gündüz Bayramov yeni seçilən ərazi partiya təşkilatının sədrinə və müavinə öz tövsiyyələrini verib və uğurlar arzulayıb.

Seçilən
24
1
yeniazerbaycan.com

2Mənbələr