AZ

Azərbaycan çoxvektorlu geosiyasi oyunçuya çevrilir- ÖZƏL

"Azərbaycanın strategiyası yalnız güc və iqtisadi inkişafla məhdudlaşmır, regionda dayanıqlı sülhün və əməkdaşlığın formatını yaratmaq da prioritetdir". Bunu "Olaylar"a siyasi şərhçi Mürtəza Bünyadlı deyib: "Dəhlizlər, enerji layihələri və loqistika layihələri regional inteqrasiyaya və qarşılıqlı etimada xidmət edir. Zəngəzur dəhlizi bunun həm iqtisadi, həm də geosiyasi təzahürüdür. Azərbaycan bu konsepsiya ilə regional aktordan çoxvektorlu geosiyasi oyunçuya çevrilir.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən tezislər göstərir ki, Azərbaycan yeni dünya düzənində mövqeyini müəyyənləşdirib. Bu siyasi strateji konsepsiyanın mahiyyəti güc, kimlik, texnologiya və idarəetmənin vahid sistemdə birləşdirilməsidir.
Bu modelin əsas məqsədi milli suverenliyin qorunması; regional təhlükəsizliyin və sülhün təmin edilməsi; uzunmüddətli dayanıqlı inkişaf əməkdaşlıq və inteqrasiya formatlarının yaradılmasıdır. Bu, Azərbaycanın XXI əsr üçün seçdiyi dövlətçilik yoludur"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
60
olaylar.az

1Mənbələr