Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi məsələsinə aydınlıq gətirib.
Xidmətin məlumatına görə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxslərin işə cəlb edilməsi yolverilməzdir. Bu hal uşaq hüquqlarının pozulması olmaqla yanaşı, inzibati məsuliyyət yaradır.
Qanun pozuntusuna yol verildiyi halda:
- vəzifəli şəxslər 1 000–1 500 manatadək məbləğdə;
- hüquqi şəxslər isə 3 000–5 000 manatadək məbləğdə cərimə edilir.