AZ

Mamdani Osmanlı dövrünə aid Qurana əl basıbmış

Nyu-Yorkun yeni meri Zohran Mamdani andiçmə mərasimində Osmanlı dövrünə aid Qurana əl basıb.

"Yeni Sabah" xəbər verir ki, bunu özü açıqlayıb.

Mamdani qeyd edib ki, mərasimdə istifadə olunan Qurani-Kərim XVIII əsrə aiddir və Osmanlı dövrü Suriyasında hazırlanmış əlyazma nüsxədir.

Uqanda doğumlu 34 yaşlı Zohran Mamdani noyabrın 4-də keçirilən seçkilərdə qalib gələrək ABŞ-nin ən böyük şəhərinin rəhbəri olub. O, son 100 ilin ən gənc və Nyu-Yorkun ilk müsəlman meri kimi tarixə düşüb.


Telegram kanalımız
Seçilən
15
yenisabah.az

1Mənbələr