AZ

Ağ Ev: Qrenlandiyaya qarşı hərbi güc istisna edilmir

ABŞ Qrenlandiya üzərində nəzarəti ələ keçirməklə bağlı müxtəlif variantları nəzərdən keçirir və bu prosesdə hərbi gücdən istifadə ehtimalı da istisna edilmir.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəsmi bəyanat yayıb.

Ağ Evin mətbuat katibi Karoline Leavitt bildirib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası mühüm xarici siyasət məqsədinə nail olmaq üçün müxtəlif variantları dəyərləndirir.

Bəyanatda vurğulanıb ki, prezident Tramp Qrenlandiya üzərində nəzarətin ABŞ-nin milli təhlükəsizliyi üçün prioritet olduğunu açıq şəkildə ifadə edib. 

Qeyd olunub ki, bu addım Arktika regionunda ABŞ-nin rəqiblərinin qarşısının alınması baxımından kritik əhəmiyyət daşıyır və ABŞ Silahlı Qüvvələrinin istifadəsi də hər zaman mümkün variant olaraq qalır.

Gülşən Şərif

Seçilən
50
bakivaxti.az

1Mənbələr