525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Qrenlandiya Avropa ərazisidir və belə də qalacaq”.
525.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Baron bildirib.
"Qrenlandiya satılmır. O, qrenlandiyalılara məxsusdur və gələcəyi Qrenlandiya və Danimarka hakimiyyəti arasında razılaşma ilə müəyyən ediləcək. Bir NATO ölkəsinin başqa bir NATO ölkəsinə hücum etməsi mənasız olardı və bu, ilk növbədə ABŞ-ın özünün maraqlarına zidd olardı", - XİN başçısı deyib.
Barro Amerikanın Qrenlandiyaya mümkün hərbi müdaxiləsini ehtimal etmir. O, 6 yanvarda ABŞ dövlət katibi Marko Rubio ilə danışdığını və onun Vaşinqtonun adanı silah yolu ilə ələ keçirilməsini düşünmədiyini təsdiqləyib.
Nazir əlavə edib ki, dövlət katibi Venesuelada baş verənlərin Qrenlandiyada da təkrarlana biləcəyi ehtimalını inkar edib.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirib ki, təhlükəsizlik baxımından ABŞ-ın Qrenlandiyaya sahib olması vacibdir. O, həmçinin Çin və Rusiya gəmilərinin artıq Danimarka adasını mühasirəyə aldığını iddia edib.
Pərvanə Sultanova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.