Energetika naziri Pərviz Şahbazovun “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə görüşündə yaşıl enerji, elektrik enerjisinin istehsalı və ötürülməsi sahəsində əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzusu olub.
Energetika Nazirliyinin mətbuat xidmətindən “Yeni Sabah”a bildirilib ki, görüşdə birgə icra olunan 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsinin uğurla başa çatdırıldığı qeyd edilib.
Eyni zamanda, Qara dəniz, Avropa, Mərkəzi Asiya və Naxçıvan marşrutları üzrə elektrik enerjisi interkonnektorları və yaşıl enerji üzrə regional əməkdaşlıq imkanları nəzərdən keçirilib.
İlhamə Qasımlı
Telegram kanalımız