AZ

ABŞ ritorikanı dəyişdi: Bu ərazini müharibə ilə yox, pulla almaq istəyir

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun hərbi müdaxilədənsə, Qrenlandiyanı almağa üstünlük verdiyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Qəzet Rubionun ABŞ Konqresinin üzvləri üçün qapalı brifinqdə dediyi sözləri sitat gətirib:

"Tramp administrasiyasının sərt ritorikası hərbi müdaxiləyə hazırlıq yox, Danimarkaya danışıqlara başlamaq üçün təzyiq göstərmək məqsədi daşıyır".

Görüşdə Pentaqon katibi Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn də iştirak edib.

Seçilən
63
publika.az

1Mənbələr