Ajans.az xəbər verir ki,bu barədə xarici media məlumat yayıb. Ölkənin prezident şurasının yaydığı bəyanatda qeyd olunur ki, Zubeydi cənub əyalətlərində mülki əhaliyə qarşı cinayətlər törətmək üçün istifadə olunub, həmçinin “Yəmən Respublikasının siyasi və iqtisadi vəziyyətinə zərər vurmaq, Konstitusiyaya və konstitusiya səlahiyyətlərinə müdaxilə etmək, dövlətin çevriliş və üsyana qarşı mübarizə səylərinə mane olmaq və daxili nifaq salmaq” ilə ittiham olunur. Reuters xəbər verir ki, STC lideri naməlum istiqamətə qaçıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın məlumatına görə, o, Yəmənin cənubundakı münaqişənin həllini müzakirə etmək üçün planlaşdırılmış foruma qatılmaq məqsədilə Ər-Riyada uçmayıb.