AZ

"Mançester Yunayted" onlarla danışıq aparacaq

“Mançester Yunayted” klubun keçmiş oyunçuları Ule-Qunnar Sulşer və Maykl Kerriklə görüşlər keçirməyi planlaşdırır.

Publika.az xəbər verir ki, onlar komandaya müvəqqəti rəhbərlik edə bilərlər. Bu barədə "The Athletic" məlumat yayıb.

Bildirilir ki, hazırda Sulşer favorit hesab olunur, lakin son qərar danışıqlardan sonra veriləcək. “Qırmızı şeytanlar” mövsümün sonuna qədər müvəqqəti baş məşqçi təyin etməyi planlaşdırır, sonra isə daimi qərar qəbul edəcək.

“Mançester Yunayted” yanvarın 5-də Ruben Amorimin baş məşqçi postundan getdiyini açıqlamışdı. Portuqaliyalı mütəxəssis klubda 2024-cü ilin noyabrından çalışırdı. 20 turdan sonra MY 31 xalla Premyer Liqada beşinci pillədə qərarlaşıb.

Seçilən
141
32
publika.az

10Mənbələr