AZ

9 saat yatıram, amma yuxudan doymuram: NİYƏ? - Həkimdən İZAH

"İmmun sisteminin güclü olması üçün beş əsas faktor var və onlardan biri yuxu rejimidir. Yəni yuxusu pozulmuş insanın güclü immun sistemindən söhbət gedə bilməz".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev vurğuladı.

Mütəxəssis bildirdi ki, bədən üçün yuxu detoks funksiyasını yerinə yetirir, hüceyrələrin yenilənməsi və bədənin yeni mühitə adaptasiyası yuxu zamanı baş verir. Onun sözlərinə görə, əgər yuxusuzluq mövcuddursa, immun sistemi zəifləyir və müxtəlif xəstəliklərə yol açılır:

"Bəzi insanlar səkkiz-doqquz saat yatdıqlarını qeyd etsələr də, yuxudan tam doymadıqlarını hiss edirlər. Araşdırmalar göstərir ki, belə şəxslərin dərin yuxu fazası pozulub, tez-tez oyanırlar və yuxunun tam dərin fazasına daxil ola bilmirlər. Bu isə keyfiyyətsiz yuxu sayılır və immun sistemin zəifləməsi üçün bir nömrəli səbəbdir".

Nuriyyə NATİQQIZI

Seçilən
41
1
redaktor.az

2Mənbələr