AZ

Pezeşkiyan: "Dinc etirazçılara toxunmayın" | VİDEO

Bu barədə İranın vitse-prezidenti Məhəmməd Cəfər Qaimpənah Nazirlər Kabinetinin iclasının yekununda mətbuata açıqlamasında məlumat verib. O diqqətə çatdırıb ki, Məsud Pezeşkiyan dinc nümayişçilərə qarşı hər hansı tədbir görülməməsi əmrini verib:

"Odlu silah, bıçaq və balta gəzdirənlər, polis şöbələrinə, hərbi məntəqələrə hücum çəkənlər isə iğtişaş yaradanladır. Biz onları dinc nümayişçilərdən ayırmalıyıq".
İran qarışır, ABŞ hədələyir, Rusiya qonaq gözləyir

Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında əsasən inflyasiyanın kəskin artmasına, rialın dəyərdən düşməsinə etiraz məqsədilə kütləvi aksiyalar başlayıb. Nümayişləri əvvəla paytaxt Tehran şəhərində mağaza sahibləri qığılcımlandırıb, ardınca onlara tələbələr də qoşulublar. Etiraz dalğası tezliklə bütün ölkəyə - 31 əyalətdən 27-sinə, ümumilikdə 92 şəhərə yayılıb.Məlumata əsasən,aksiyalarda indiyədək azı 40 nəfər ölüb, 50-dən çox insan yaralanıb, 2076 aksiya iştirakçısı saxlanılıb. ABŞ Prezidenti Donald Tramp yanvarın 2-də İran xalqına müraciət ünvanlayaraq diqqətə çatdırıb ki, Vaşinqton onlara hər an dəstək göstərməyə hazırdır. Rəsmi Tehran buhədə-qorxunupisləyib. Eyni zamanda, İsrailin Baş naziri Benyamin Netanyahu da etirazçıları dəstəklədiyinibildirib.

Əli Xamenei ölkədəki iğtişaşdan yaxasını qurtarıb Moskvaya qaçarsa,2024-cü ilin dekabrında müxalif qüvvələrin devirdiyi sabiqSuriya prezidenti Bəşər Əsədlə oxşar aqibəti bölüşəcək.Xatırladaq ki, Bəşər Əsəd də məhz Rusiyaya qaçıb. Onun hazırda Moskvanın qərbində - bahalı və dəbdəbəli mülkləri ilə tanınan Rublyovka massivində yaşadığı deyilir. Maraqlıdır ki, rəsmi Moskva bu iddianı nə danır, nə də təsdiqləyir. 2025-ci ilin sentyabrında Suriya məhkəməsi ona qarşı qətl, işgəncə və qanunsuz həbs ittihamları ilə qiyabi həbs hökmü çıxarıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
40
2
azvision.az

3Mənbələr