AZ

İmmun sistemimizin zəif olduğunu necə bilək? - Terapevtdən AÇIQLAMA

"İmmun sistemi mikroorqanizmlərlə mübarizədə böyük rola malikdir. Biz immun sistemimizin gücünü xəstənin ümumi vəziyyətinə, qan analizlərinin nəticələrinə və hətta bəzən instrumental müayinə nəticələrinə əsaslanaraq qiymətləndirə bilirik".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev bildirdi.

Onun sözlərinə görə, insan tez-tez xəstələnirsə, xəstə hər dəfə xəstələnəndə xəstəliyi ağır keçirirsə, hər hansı yüngül mikroorqanizm bədəndə ciddi fəsadlar yaradırsa və ya xəstələnmə zamanı bədənin toparlanma müddəti uzanırsa, artıq burada zəif immun sistemindən danışa bilərik:

"Zəif immun sistemi isə müxtəlif üsullarla gücləndirilə bilər. Bəzən immun sistemimizin zəiflədiyini fərq etmək üçün belə müşahidələr aparılır: bir il öncə bədənimiz tam sağlam idisə və bütün xəstəliklərlə rahat mübarizə aparırdısa, indi isə tez-tez xəstələniriksə və sağalma periodumuz uzanırsa, bu, immun sistemimizin zəiflədiyini göstərir".

Nuriyyə NATİQQIZI

Seçilən
99
redaktor.az

1Mənbələr