
Estoniya hakimiyyəti Rusiya ilə sərhəddə hasarın tikintisini 2027-ci ilə qədər başa çatdırmağı planlaşdırır.
Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, Estoniya Polis və Sərhəd Mühafizəsi Şurasının (PPA) baş direktorunun müavini Veyko Kommusaar sərhəd infrastrukturunun tikintisi barədə danışıb.
"Təbii şərait nəzərə alınmaqla hasarlamanın zəruri və əsaslı olduğu quru sərhəd hissələrində artıq baryerlər quraşdırılıb. Sərhəd keçid məntəqələri də ötən il gücləndirilib", - deyə o bildirib.
Kommusaar həmçinin qeyd edib ki, 2026-cı il ərzində hasar əvvəlcə planlaşdırılmamış yerlərdə quraşdırılacaq.
İlahə Qənbərli
Missiya.Az