AZ

Bakı Teleqülləsində bu işlərə 749 min manat ayrılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi Bakı Teleqüllə Kompleksində texniki işlərlə bağlı tender elan edib.

Valyuta.az xəbər verir ki, Kompleksdə mühəndis-kommunikasiya sistemlərinin, o cümlədən yanğın təhlükəsizliyi infrastrukturunun müayinəsi aparılacaq, xüsusi texniki şərt hazırlanacaq və layihələndirmə işləri həyata keçiriləcək.

Bu məqsədlə 749 min manat vəsait ayrılıb.

Qeyd edək ki, satınalma yanvarın 29-na kimi davam edəcək.

AzPost.az

Seçilən
66
azpost.info

1Mənbələr