AZ

Trampdan İrana mesaj FOTOSU

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp respublikaçı müttəfiqi senator Lindsi Qrem ilə birlikdə "İranı yenidən böyük edin" papağı ilə şəkil çəkdirib.

“Cebheinfo.az” xəbər verir ki, Qremin “X” sosial media hesabında yerləşdirilən fotoda senatorun Trampın yanında baş barmağını qaldırdığı, ABŞ Prezidentinin isə şüar yazılmış qara papaq tutduğu görünür.

"Amerikanı həm daxildə, həm də xaricdə əvvəlkindən daha güclü şəkildə geri qaytaran bir Prezidentlə daha bir möhtəşəm gün. 

Tanrı Ali Baş Komandanımıza və onun rəhbərliyi altında xidmət edən bütün cəsur kişi və qadınlara xeyir versin. Mən amerikalı olduğum üçün fəxr edirəm. Tanrı zülmə qarşı duran cəsur İran xalqına xeyir versin və onları qorusun", - Qrem yazıb.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
79
1
cebheinfo.az

2Mənbələr