
Fransanın sağçı "Patriots" partiyasının lideri Florian Filippot Fransa Prezidenti Emmanuel Makronu istefaya çağırıb.
Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, Fransa Prezidenti Ukraynaya bir neçə min əsgər göndərməyə hazır olduğunu bildirdikdən sonra o, bu barədə özünün X sosial media səhifəsində yazıb.
"Makron açıq-aydın müharibə istəyir! 2027-ci il seçkilərini ləğv etmək? Fransızları qorxu içində saxlamaq? "Avropa ordusu"nun yaradılmasını tələb etmək? Əlbəttə ki, belədir! Onda onu hakimiyyətdən uzaqlaşdırın!", - deyə qeyd olunub.
Filippotun sözlərinə görə, hazırda yalnız Böyük Britaniya Ukraynaya qoşun göndərməyi ciddi şəkildə nəzərdən keçirir. Digər ölkələr isə bunun Rusiya ilə müharibə demək olacağını başa düşdükləri üçün buna qarşıdırlar.
İlahə Qənbərli
Missiya.Az