Florida ştatının hakimiyyəti Venesuela Prezidenti Nikolas Maduroya qarşı qeyri-qanuni miqrasiya və narkotik qaçaqçılığı ittihamları irəli sürməyi ciddi şəkildə nəzərdən keçirir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ştat qubernatoru Ron DeSantis “Miami Herald”a bildirib.
DeSantis jurnalistlərə açıqlamasında deyib:
“Biz Nikolas Maduroya qarşı ştat səviyyəsində iş açmağı çox ciddi şəkildə düşünürük. Biz deyəndə yalnız özümü nəzərdə tutmuram. Əlbəttə ki, mən də bu işi dəstəkləyəcəm, lakin iş baş prokurorluq vasitəsilə gedəcək”.
Qubernator iddia edir ki, Maduro xüsusilə Floridaya narkotik qaçaqçılığında güclü əlaqələrə malik olub. O bildirib ki, Venesuela lideri ölkədəki məhbusları azad edib və onları sərhədlərdən ABŞ-yə göndərib.
DeSantis bildirib ki, iş Mayamidə qaldırıla bilər və ittihamların həm ştat, həm də federal səviyyədə irəli sürülməsi mümkündür, çünki bunlar fərqli yurisdiksiyalardır.
Sara