AZ

Reuters: “ABŞ Maduronun silahdaşını hədələyir”

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Reuters” agentliyinin məlumatına görə, ABŞ hakimiyyəti Venesuela prezident səlahiyyətlərini icra edən Delsi Rodriqesə ABŞ-nin tələblərini yerinə yetirməyə və asayişi qorumağa kömək göstıərməyəcəyi halda onun hədəf siyahısının başında ola biləcəyi barədə Kabelloya xəbərdarlıq ediblər.

“Vaşinqtonun fikrincə, Kabello amerikalılar tərəfindən oğurlanmış Venesuela prezidenti Nikolas Maduroya sadiq qalır. Amerikalılar keçid dövründə Kabellonu əməkdaşlığa məcbur etməyə, sonra isə onu hakimiyyətdən uzaqlaşdırıb sürgünə göndərməyə ümidlidirlər”, - agentlik yazır.

ABŞ Venesuelaya sərt şərtlərini açıqlayıb
“Reuters”in məlumatına görə, Vaşinqton vasitəçilərin köməyilə Kabelloya çatdırıb ki,“əgər mövqeyində israr etsə, Maduro ilə eyni aqibətlə üzləşə və ya həyatı təhlükə altına düşə ola bilər”.Eyni zamanda, Amerikanın hakimiyyət orqanları Kabellonun vəzifədən çıxarılmasının Venesuelada xaosa səbəb ola biləcəyindən ehtiyatlanırlar.

Agentliyin mənbələri onu da bildirblər ki, Vaşinqtonun nöqteyi-nəzərindən Venesuelanın Müdafiə naziri Padrino Lopes də “hədəf siyahısındadır”. Ağ Ev bu nazirin də Vaşinqtonla əməkdaşlığa razılaşmasına çalışır.


- Amerika administrasiyası Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçadonun rəhbərlik etdiyi müxalifəti indiki mərhələdə “sülhü qorumağa qadir olmayan” qüvvə sayır. Vaşinqtonun fikrincə, Rodriqesin müvəqqəti olaraq ölkəyə rəhbərlik etməsi ABŞ üçün daha sərfəlidir.
Çünki onun qarşısında o cümlədən narkotik ticarəti ilə mübarizə, “kubalı təhlükəsizlik mütəxəssislərini” ölkədən qovmaq və Venesuelanın İranla əməkdaşlığına son qoymaq kimi vəzifələr var”, - agentlik vurğulayır.

Xatırladaq ki, bundan əvvəl ABŞ administrasiyasının planından xəbərdar olan mənbələrə istinad edən “ABC News” telekanalı Vaşinqtonun öz tələblərini Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqesə çatdırdığı barədə məlumat yayıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
22
2
azvision.az

3Mənbələr