Polymarket bukmeker agentliyi ABŞ-ın Venesuelaya hücumu ilə bağlı mərc edən istifadəçilərə uduşları ödəməkdən imtina edib.
Herbiand.az bildirir ki, bu barədə şirkətin veb saytında məlumat verilib.
Sayt bildirib ki, uduşlar yalnız ABŞ-ın Venesuela ərazisi üzərində nəzarəti bərqərar etmək üçün əməliyyata başlayacağı təqdirdə ödəniləcək.
“Prezident Trampın Venesuela hökuməti ilə davam edən danışıqlardan bəhs edərkən Venesuelanı “idarə edəcəkləri” barədə açıqlaması, özlüyündə Maduronu ələ keçirmək və təxliyə etmək əməliyyatını işğal kimi qiymətləndirmir”, - agentlik izah verib.
Daha əvvəl naməlum treyderin Maduronun devrilməsi ilə bağlı mərc edərək 400.000 dollardan çox qazandığı barədə məlumatlar yayılmışdı. Lakin çox güman ki, bu şəxs uduşunu almayacaq.
Bəxtiyar CƏFƏRLİ