ain.az, Cebheinfo saytına istinadən bildirir.
“Prezident İlham Əliyev ölkə televiziyalarına verdiyi müsahibədə bir çox məqamlara toxundu.
Həmkarlarımızın suallarına verilən geniş və aydın cavabları dövlətin inkişafı, ölkədə və regionda gedən proseslər, milli maraqlarımızın qorunması baxımından mühüm siyasi və iqtisadi xəritənin izahı hesab etmək olar”.
Bunu “Cümhuriyət” qəzeti və “Cebhe.info” xəbər portalının rəhbəri Rəfail Becanov deyib.
R.Becanovun sözlərinə görə, daxili sabitlik, sosial-iqtisadi inkişaf, vətəndaşların rifahının yaxşılaşdırılması, müharibədən sonrakı dövrdə həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi bu illər ərzində görülən işlərin əhəmiyyətini bir daha açıq-aydın təsdiqlədi:
“Bu, eyni zamanda cəmiyyətin məlumatlandırılması baxımından çox əhəmiyyətli idi və bütün bunları şəxsən Prezidentin özündən eşidirdilər. Cənab Prezident sosial-iqtisadi, hərbi və digər məsələlərlə bağlı geniş açıqlamalar verdi.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən meqalayihələr, həmin layihələrin məqsədi, ərazi bütövlüyümüzün bərpası ilə suverenliyimizin təmin olunması, beynəlxalq arenada möhkəmlənən mövqelərimiz və əsas aktorlardan birinə çevrilməyimiz kimi məqamlar xüsusi ilə diqqət çəkən məqamlardandır.
Prezidentin islahatların davam edəcəyi ilə bağlı fikirləri xüsusi ilə maraqlı oldu. Bütün bunlar göstərir ki, struktur və institutsional islahatlar davam edəcək, müasir dövrün tələblərinə və yeni hədəflərə uyğun yeni idarəetmə modelinə keçid baş tutacaq. Bu da öz növbəsində cəmiyyətin inkişafına mühüm töhfə verəcək”.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.