AZ

Qasperini İtaliya çempionatı tarixinə düşüb

“Roma” İtaliya A Seriyasının XIX turunda “Leççe”ni məğlub edib – 2:0.

Apasport.az xəbər verir ki, bu nəticə paytaxt klubunun çalışdırıcısı Can Pyero Qasperininin çempionatdakı 1000-ci xalı olub.

“Opta”nın məlumatına görə, Qasperini İtaliya A Seriyasında ən çox xal toplayan üçüncü məşqçidir. Birinci sırada 1050 xalla “Milan”a rəhbərlik edən Massimiliano Alleqridir. İkinci isə “Yuventus”un çalışdırıcısı Luçano Spalettidir – 1014 xal.

Qasperini karyerası ərzində İtaliyada “Cenoa”, “Palermo”, “İnter”, “Atalanta”da da işləyib.

"Fənərbaxça"nın müdafiəçisi "Roma"nın hədəfində

"İnter" Braziliya millisinin üzvü ilə maraqlanır

Afrika Millətlər Kuboku: 1/8 final mərhələsinə yekun vurulub

“Fənər”in qolkiperi Super Liqada klubunu dəyişəcək

Erik ten Haq Niderland klubuna rəhbərlik edəcək - RƏSMİ

Seçilən
70
apasport.az

1Mənbələr