AZ

Məşhur aktyor bu filmdə çəkilməkdən imtina etdi Səbəb

ain.az, Kulis.az saytına istinadən bildirir.

“Stranger Things” serialının ulduzu Devid Harbor Toni Gilroyun “Behemoth!” filmində Pedro Paskal və Oliviya Uayld ilə baş rolları bölüşməyə hazırlaşırdı. Ancaq layihə ilə bağlı gözlənilməz qərar verilib.

Kulis.az xəbər verir ki, aktyorun filmdə çəkilməyəcəyi açıqlanıb.

Məlumata görə, aktyor “Stranger Things” serialının final mövsümü üzərində iş prosesi zamanı xeyli yorulduğu üçün layihəni tərk edib.

Musiqiçi ailəsindən çıxan və Los-Ancelesə qayıdan bir violonçel ifaçısının həyatından bəhs edən “Behemoth!” filmində Harborun yerinə kimin çəkiləcəyi hələlik bəlli deyil.

Yayım tarixi açıqlanmayan film üçün hazırlıq işləri davam edir.

Bu qəzetlər üçün kağız norması müəyyənləşdi

Nobel mükafatını ən gənc yaşda almış yazıçı - Onu niyə "Britaniya imperializminin peyğəmbəri" adlandırırdılar?

Məşhur rejissorun Kann Festivalında taxdığı saat rekord məbləğə satıldı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
1
kulis.az

2Mənbələr