AZ

Mançester Siti ulduz futbolçunu transfer edir

Qanalı  futbolçu  Antoine Semenyo, Bournemouth klubundan Mançester Sitiyə transfer olunur. Vətəninfo.az xəbər verir ki, italyalı idman jurnalisti Fabrizio Romanonun verdiyi məlumata görə, transfer haqqı 75 milyon avro civarında olacaq.

Semenyo cümə axşamı günü Mançester Sitidə tibbi müayinədən keçəcək və İngiltərə klubuyla uzunmüddətli müqavilə imzalayacaq.

O, İngiltərə Premyer Liqasının dörd digər klubundan gələn təklifləri rədd edərək, Mançester Sitini seçib.

Cari Premyer Liqa mövsümündə, Semenyo 19 matçda iştirak edib, 9 qol vurub və 3 asist edib.

Transfermarkt, Antoine Semenyonun transfer dəyərini 65 milyon avro olaraq qiymətləndirir.

Seçilən
17
veteninfo.az

1Mənbələr