AZ

NYT: Venesuelada sanksiyalı tankerlər Rusiya bayrağı qaldırdı

Venesuela sahillərindəki beş sanksiyalı tanker Rusiya bayrağına keçib.

İnterpress.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Məlumata görə, Venesuela sahillərində olan və sanksiya altında düşən beş tanker bayraqlarını dəyişərək Rusiya bayrağı altında üzməyə başlayıb.

Bildirilir ki, onlardan biri – əvvəllər “Bella 1” kimi tanınan “Marinera” tankeri iki həftədən çoxdur ki, ABŞ Sahil Mühafizəsinin təqibindən qaçmağa çalışır.

İddiaya görə, gəmini mümkün ələ keçirilmədən qorumaq və ona kömək etmək məqsədilə Rusiya sualtı qayığı göndərilib.

Rusiya Dəniz Gəmiçiliyi Registrinin qeydlərinə əsasən, bu beş tanker qeydiyyat limanı olaraq Soçi və Taqanroqu göstərib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
24
interpress.az

1Mənbələr