Xəbər verdiyimiz kimi, Qazax rayonunun Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobil yanıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.
MÖVZU İLƏ BAĞLI:
Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.
Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub.
Bizim.Media