Aktyor Kamran Ağabalayev “Tarixin bir günü” verilişində qonaq olub.
Bildirib ki, bu mövzuya bir çox şəxslərin münasibət bildirməsi onu təəccübləndirib:
“Hər kəs bu məsələyə münasibət bildirdi. Məni ən çox təəccübləndirən isə Axund Azərinin bu haqda danışması oldu. O, bu sənətin bilicisidir. Əgər desə ki, Əminə haqsızdır, mən dostum olsa belə, deyəcəyəm ki, Əminə haqsızdır”.
Kamran Ağabalayev müğənnilər arasında yaşanan münaqişələrdən də söz açıb. Tarix Əliyevin “Yaxşı ki, müğənnilər başa düşdü ki, qayda-qanun var və məhkəməyə müraciət etdilər. Bu qalmaqallar haqqında nə düşünürsən?” sualına aktyor belə cavab verib:
“Yazılmamış bir qızıl qayda var. Hamı buna əməl etsə, düşünürəm ki, bu qalmaqallar da olmaz. Heç kim heç kimin çörəyi ilə oynamamalıdır. Mən bu qayda ilə yaşayan adamam. Heç bir halda heç kim başqasının çörəyi ilə oynamasın”.