AZ

Hindistan yeni “Suryastra” YARS-ı nümayiş etdirib

Hindistan özünün yeni “Suryastra” yaylım atəşli reaktiv sistemini (YARS) Caypurda keçiriləcək Ordu Günü paradının məşqləri zamanı ictimaiyyətə təqdim edib.

“Poliqon” “Defence Blog” nəşrinə istinadən xəbər verir ki, bu, yerli istehsal olan uzaqmənzilli raket sisteminin ilk açıq nümayişidir.

Sistem, təkərli platformaya quraşdırılımış buraxıcı üzərində iki 370 mm-lik “Predator Hawk” raketi və dörd 306 mm-lik genişləndirilmiş mənzilli raket daşıyan konfiqurasiyada göstərilib. Bu, sistemin eyni platformadan fərqli çaplı raketləri buraxa bilmə qabiliyyətini önə çıxarır.

“Suryastra”, Hindistanın ilk yerli universal çoxkalibrli raket buraxıcısı olmaqla yanaşı, İsrailin “Elbit Systems” şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılmış PULS raket sistemi texnologiyası əsasında hazırlanıb. Hindistan variantı ordunun müxtəlif tapşırıq profillərində çevik, uzaqmənzilli və yüksək dəqiqlikli zərbə imkanı əldə etməsi məqsədi daşıyır.

Caypurda nümayiş olunan YARS, 370 mm-lik “Predator Hawk” raketləri ilə təchiz edilib. Bu raketlərin rəsmi olaraq 300 kilometrə qədər mənzilə malik olduğu bildirilir. Həmçinin sistemə 150 kilometrə qədər mənzilli 306 mm-lik idarəolunan raketlər də inteqrasiya olunub. Bu raketlər “Extra” ailəsinə bənzər xüsusiyyətlərə malikdir. Bu konfiqurasiya sistemin dərin zərbə və orta mənzilli dəqiq zərbə imkanlarını eyni buraxıcı maşından təmin edə bildiyini göstərir.

Ənənəvi YARS-lardan fərqli olaraq, “Suryastra” tək bir raket növü ilə məhdudlaşmır. Sistem universal buraxıcı kimi hazırlanıb və əsas platformada dəyişiklik edilmədən fərqli raket növlərini inteqrasiyasına şərair yaradır ki, bu da əməliyyat tələblərinə uyğun olaraq sistemin sürətlə adaptasiya olunmasına imkan verir.

Bu açıq nümayiş, Hindistan Ordusu ilə “NIBE Limited” şirkəti arasında imzalanmış yeni müqavilədən sonra baş tutub. Təxminən 69 milyon ABŞ dolları dəyərində olan razılaşmaya əsasən, NIBE şirkəti İsraildən olan tərəfdaşları ilə birgə “Suryastra” YARS-ları Hindistan Ordusuna tədarük edəcək.

Seçilən
43
poliqon.az

1Mənbələr