AZ

Fransa Makronun istefasını TƏLƏB EDİR

Ajans.az xəbər verir ki,bu barədə o, sosial media platforması X-də paylaşım edib. Philippot paylaşımında yazıb:
“Makron açıq şəkildə müharibə istəyir! 2027-ci il seçkilərini ləğv etmək? Fransızları qorxu içində saxlamaq? ‘Avropa ordusu’nun yaradılmasına nail olmaq? Əlbəttə! Onda onu hakimiyyətdən uzaqlaşdırmaq lazımdır!”
Sağçı liderin sözlərinə görə, hazırda yalnız Böyük Britaniya Ukraynaya qoşun göndərməyi ciddi şəkildə nəzərdən keçirir, digər ölkələr isə bunun Rusiya ilə müharibəyə yol açacağını başa düşdükləri üçün buna qarşıdırlar. Qeyd edək ki, bir müddət əvvəl Emmanuel Makron atəşkəsdən sonra sülhü qorumaq məqsədilə Ukraynaya bir neçə min əsgərin göndərilə biləcəyini bildirmişdi.

 

Seçilən
47
Ajans.az

1Mənbələr