AZ

Şamaxıda iki maşın toqquşub

Şamaxı, 7 yanvar, Rəşad Türkoğlu, AZƏRTAC

Şamaxıda yol qəzası baş verib. Hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 116-cı kilometrliyində qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdə olan sürücü və sərnişinlərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
86
azertag.az

1Mənbələr