Bu hava limanında 140 uçuş LƏĞV EDİLİB
Ajans.az xəbər verir ki,bu barədə BFMTV məlumat yayıb. Fransanın nəqliyyat naziri Filipp Tabarot ləğvləri təsdiqləyərək bildirib ki, uçuşların ləğvi Parisdə davam edən əlverişsiz hava şəraiti səbəbindən əvvəlcədən gözlənilirmiş. Şarl de Qoll hava limanında səhər saat 9:00-dan günorta saat 14:00-a qədər planlaşdırılan uçuşların təxminən 40%-i, Orli hava limanında isə səhər saat 6:00-dan günorta saat 13:00-a qədər planlaşdırılan uçuşların 25%-i ləğv olunub. Qar və buz Fransanın şimal-qərbində geniş ərazidə yol, hava, dəmir yolu və ictimai nəqliyyat xidmətlərinə də ciddi maneə törədir. Hazırda 38 departamentdə narıncı həyəcan siqnalı verilib. Ölkədə uzunluğu 1 600 kilometrdən çox olan tıxaclar yaranıb ki, bunun təxminən 950 kilometri İl-de-Frans bölgəsindədir.