Bakı. Trend:
Əgər bu gün Ermənistan rəhbərliyi konstruktiv siyasətsərgiləyirsə, Azərbaycanla sülh müqaviləsinin imzalanamasıistiqamətində, Zəngəzur dəhlizi layihəsinin reallaşması yönümdəmüsbət addımlar atırsa, bu irəliləyiş heç də asanlıqla əldəedilməyib. Bu uğurun təməlində Azərbaycanın qətiyyətli mövqeyi,Ermənistanı sülhə məcbur etmək istiqamətində atılan məqsədyönlüsiyasət dayanır.
Trend xəbərverir ki, bu fikirləri "ARB 24" kanalına müsahibəsində TrendBİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.
Onun sözlərinə görə, Azərbaycanın bölgədə yaratdığı yenireallıqlar şübhəsiz ki, dünyanın supergücləri tərəfindən də qəbuledilir və biz Amerika Birləşmiş Ştatlarının ölkəmizə verdiyi böyükdəstəyi görürük.
"Amerika Azərbaycanla Cənubi Qafqazın güclü lideri kimiəməkdaşlıq edir, ölkəmizin yaratmaq istədiyi dayanıqlı sülh vətəhlükəsizliyə böyük töhfə verir. Azərbaycan ABŞ Prezidenti DonaldTrampın bu istiqamətdə ciddi dəstəyini qazana bilib və Prezidentİlham Əliyevin müəyyən etdiyi milli maraqlara əsaslanan hədəflərədoğru irəliləyiririk. Bunun nəticəsidir ki, biz Ermənistanla sülhmüqaviləsi imzalamağa, Zəngəzur dəhlizi layihəsini reallaşdırmağaçox yaxınıq.
Azərbaycan indiyədək dünya əhəmiyyətli bir çox nəhəng layihələrəmüəlliflik edib, enerji, neft-qaz təminatı üzrə əvəzsiz işlərgörüb. Amma Zəngəzur dəhlizi açıldıqdan, bölgəninnəqliyyat-kommunikasiya şəbəkəsi şaxələndikdən sonra CənubiQafqazda tamamilə yeni parlaq mənzərə yaranacaq. Şübhə yoxdur ki,bu, təkcə bölgəmiz üçün deyil, bütün dünya üçün bənzərsizdividentlər qazandıracaq", - deyə Sahil Kərimli qeyd edib.