AZ

Yeraltı duz mədənini rekord sayda turist ziyarət edib - FOTO



Türkiyə turizimi yeni rekorda imza atıb. Belə ki, Türkiyənin Çankırı şəhərindən20 kilometr məsafədə yerləşən və 24.000 kvadrat metrlik qapalı sahəsiolan “Yeraltı Duz Şəhəri” adlanan mağarını 2025-ci ildə 1 milyon 800 min turist ziyarət edib.

Hitit dövründən bəri duz çıxarılması ilə tanınan mağaradaheykəllər və sənət əsərləri nümayiş olunur. Çankırı Bələdiyyəsinin rəhbəriİsmail Hakkı Esen bildirib ki,Yeraltı Duz Şəhəri hələ də açıqdır. “İçəridə əlavə sahələr tikəcəyik, lakin turistsayının çox olması səbəbindən tikinti işlərinə hələ başlaya bilməmişik. Ümid edirəm ki, gələn il bu rəqəm daha da artacaq”, – deyə bələdiyyə başçısı bildirib.

image-5 image-4image-2image-3

SAMİRƏ

Seçilən
36
1
baki-xeber.com

2Mənbələr