AZ

“İranda etirazçılara qarşı təzyiqlər davam edərsə, Tramp Xameneini öldürəcək" - Amerikalı senator

“İranda daha yaxşı həyat tələb edən etirazçılara qarşı təzyiqlər davam edərsə, ABŞ Prezidenti Donald Tramp İranın ali dini rəhbəri Seyid Əli Xameneini öldürəcək".

Missiy.Az xəbər verir ki, bunu amerikalı senator Lindsi Qraham “Fox News” telekanalına verdiyi müsahibədə deyib.

"Ayətullahlar, bunu başa düşməlisiniz: Daha yaxşı həyat tələb edən xalqınızı öldürməyə davam etsəniz, Donald Tramp sizi öldürəcək", - deyə siyasətçi vurğulayıb.

Qraham əlavə edib ki, İrana dəyişiklik gəlir və bu nasist rejimindən qurtulmaq üçün Yaxın Şərq tarixində ən böyük dəyişiklik olacaq.

Senator həmçinin İran xalqına müraciət edərək bildirib ki, kömək yoldadır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
44
2
missiya.az

3Mənbələr