ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Beynəlxalq münasibətlərin gərginləşdiyi hazırkı dövrdə Orta Dəhlizin vacib hissəsi olan Azərbaycanın rolu və Zəngəzur Dəhlizinin yaratdığı imkanlar diqqət mərkəzindədir.
Bu marşrut təkcə region üçün deyil, bütövlükdə dünya üçün hansı əhəmiyyət daşıyır?
Gununsesi.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyevin fikrincə, bu proses barışıq, ləyaqət və təhlükəsizliklə həyata keçirilməlidir:
“Zəngəzur dəhlizinin açılması sadəcə logistika məsələsi deyil, həm də Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının mühüm elementidir. Azərbaycanın Naxçıvan və Türkiyə ilə birbaşa coğrafi bağlantısı yüzilliklər boyu olub. Tarixdə bu əlaqələr parçalanmış, Naxçıvan Azərbaycan torpağından, Azərbaycan isə Türkiyədən ayrı salınmışdır.
2020-ci ilin müharibəsi zamanı Azərbaycan hökuməti bu strateji baxışı göstərdi ki, Ermənistanın təxminən 18 min silahlı hərbçisi öhdəlik götürdü və Azərbaycan onların canına hörmət göstərdi. Ağdam, Kəlbəcər, Laçın istiqamətlərində ağır itkilər ola bilərdi, lakin bu seçim edilmədi”.
Ədalət Verdiyev əlavə edib ki, Ermənistanın beş il ərzində öhdəlikləri yerinə yetirməməsinə baxmayaraq, Azərbaycan açıq şəkildə bildirdi ki, Ermənistan yalnız öz real sərhədləri daxilində təhlükəsiz yaşamaq istəyirsə, onun üçün zəmanət verə bilər:
“Bunun şərti isə sadədir: “Böyük Ermənistan” xülyalarından əl çəkmək və real vəziyyəti qəbul etmək.
Azərbaycan və Türkiyə buna zəmanət verə bilər, çünki Ermənistanın özü özünü təkbaşına qorumaq imkanı yoxdur. Bu yol, strateji dəhlizlər və tarixi qayıdış Azərbaycan üçün həm real, həm də mənəvi əhəmiyyət daşıyır”.
Şəbnəm
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.