AZ

Neymar "Santos"la müqaviləsini uzadıb

Braziliyanın “Santos” klubu cinah hücumçusu Neymarla müqavilənin uzadıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında imzalanan yeni anlaşma 2026-cı ilin sonunadək qüvvədə olacaq. Müqavilənin maliyyə detalları açıqlanmayıb.

Xatırladaq ki, 33 yaşlı Neymar futbolçu karyerasına başladığı “Santos”a 2025-ci ilin yanvarında qayıdıb. O, 2025-ci il mövsümündə bütün turnirlər üzrə keçirdiyi 28 oyunda 11 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun əvvəlki müqaviləsi 31 dekabr 2025-ci ildə başa çatırdı.

Hazırda zədədən əziyyət çəkən Neymarın DÇ-2026-ya qədər sağalaraq turnirdə iştirak etməyi planlaşdırdığı bildirilir. O, bu məqsədini daha əvvəl də mətbuata açıqlamışdı.

Qeyd edək ki, Neymar daha öncə “Barselona” və PSJ klublarının da formasını geyinib.

Seçilən
22
90deqiqe.az

1Mənbələr