Çin dünya düyü istehsalını ikiqat artıra biləcək ilk hibrid düyü klonunu təqdim edib.
İnterpress.az xəbər verir ki, Çində özünü çoxalda bilən hibrid düyü növü yaradılıb.
Çinli tədqiqatçılar klonlanmış toxumlar vasitəsilə çoxala bilən və nəsildən-nəslə yüksək məhsuldarlıq xüsusiyyətlərini dəqiq qoruyub saxlayan yeni hibrid düyü forması hazırlayıblar.
Bu ixtira yüksək məhsuldar hibrid düyünün geniş miqyasda becərilməsi qarşısındakı ən böyük maneəni – hər mövsüm bahalı yeni hibrid toxumların alınması zərurətini aradan qaldırır.
Adi hibridlərin problemi ondadır ki, onların nəsli çarpazlaşma zamanı əldə edilən yüksək məhsuldarlıq keyfiyyətlərini itirir və bu da fermerləri hər dəfə yeni səpin materialı almağa məcbur edir.
Yeni üsul isə eyni xərclə dünyada düyü istehsalını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.
Xuraman Etibarlı
İnterpress.az