Parisdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannamə imzalanıb.
Missiya.Az xəbər verir ki, bu barədə Politico məlumat yayıb.
Məlumata görə, sənəd ilkin layihəyə nisbətən xeyli qısaldılıb və ABŞ-nin bir sıra öhdəlikləri son versiyadan çıxarılıb.
Yekun mətndə yalnız atəşkəsin monitorinqi və yoxlanılmasında ABŞ-nin rolu nəzərdə tutulur. ABŞ-nin çoxmillətli kontingentdə iştirakı və hücum halında dəstək öhdəliyi bəyannamədən çıxarılıb.
Sənəddə “könüllülər koalisiyası” ilə Ukrayna arasında hərbi əməkdaşlıq, Silahlı Qüvvələrin bərpası və silah alışının maliyyələşdirilməsi kimi beş əsas bənd saxlanılıb.
Fransa prezidenti Emmanuel Makron bildirib ki, çoxmillətli qüvvələr yerləşdirilərsə, qərbi Ukraynada, təmas xəttindən uzaqda olacaq. Almaniya və Böyük Britaniya isə bu planlara fərqli yanaşıb.
Rusiya tərəfi isə əvvəllər belə addımların nəticələrinə görə xəbərdarlıq etmişdi.
Seyranə QuliyevaMissiya.Az