AZ

Avropa Parlamentinin deputatı Ursula fon der Lyayeni məhkəməyə verdi

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropa Parlamentinin (AP) üzvü və Almaniyanın BSW Partiyasının təmsilçisi Fabio De Mazi Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayeni məhkəməyə verib.

Oxu.Az xəbər verir ki, məhkəmə sənədləri DPA agentliyi tərəfindən əldə edilib.

Məlumata görə, alman siyasətçi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

De Mazi AK-nın fəaliyyətinə nəzarət etmək məqsədilə AP-nin məlumat almaq hüququnu əldə əsas tutub.

O, hesab edir ki, fon der Lyayen AP-nin sorğularına cavab vermək öhdəliyini pozub və təmsil olunduğu qurumun üzvü kimi ona müdafiə şirkətləri ilə əlaqələri barədə tam məlumat verməyib.

2025-ci ilin mart ayında De Mazi AK-nın prezidentindən 2024-cü ilin ortalarından bəri silah istehsalçıları ilə bütün əlaqələri, o cümlədən görüşlər, telefon zəngləri, video konfranslar və elektron poçt yazışmaları barədə məlumatları tələb edib.

O, fon der Lyayendən 2025-ci ilin oktyabr ayında aldığı cavabları isə gecikmiş və çox ümumi məlumatlar adlandırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
oxu.az

1Mənbələr