AZ

Parkinqdən çıxarkən bu səhvə yol verən sürücülər piyadaları vurur - VİDEO

Qazaxda partlayış olub.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndində baş verib. Kənd ərazisində olan Qazax Neft Bazasında yerləşən yük avtomobilinin çəni partlayıb. Hadisə yerinə hazırda FHN əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Avtosfer.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Seçilən
53
18
avtosfer.az

10Mənbələr