Bakı. Trend:
Avstraliyanın cənub bölgələrində son illərin ən isti günü qeydəalınıb.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, rəsmilər yüksək temperatur fonundameşə yanğınları riskinə qarşı xəbərdarlıq ediblər
Avstraliyanın cənubundakı bir çox bölgədə havanın temperaturu 40dərəcəni keçib. Rəsmilər ölkənin cənubunda yerləşən bir sıraşəhərlərdə son illərin ən isti gününün yaşandığınıaçıqlayıblar.
Melburn şəhərində hava temperaturu son 6 ilin ən yüksəkgöstəricisi olan 41 dərəcəyə çatıb. Adelaida şəhərində temperatur43 dərəcə, paytaxt Kanberrada isə 37 dərəcə olaraq ölçülüb.
Məlumata görə, isti hava dalğası qarşıdakı günlərdə də təsirinisaxlayacaq, həftəsonu isə Sidney şəhərində temperaturun pik həddəçatacağı gözlənilir.