AZ

Parkinqdən çıxarkən bu səhvə yol verən sürücülər piyadaları vurur VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Avtoomobillə geriyə hərəkət edərkən sürücülərin yol verdiyi bir səhv ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. 

Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov bu məsələ ilə bağlı sürücülərə mühüm xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, bir çox sürücü parkinqdən çıxarkən avtomobili geriyə hərəkət etdirməli olur və bu zaman yalnız sağ tərəfə baxmaqla kifayətlənir. Lakin avtomobilin sol arxa hissəsində yerləşən və “kor zona” adlanan sahədə hərəkət edən piyadalar sürücünün diqqətindən yayına bilər. Bu isə xüsusilə yaşlı şəxslərin və uşaqların vurulması riskini artırır.

Aqil Rəhimov bildirib ki, təhlükəsiz şəkildə parkinqdən çıxmaq üçün iki düzgün üsul var. Birinci halda, sürücü maşını geriyə verərkən yalnız sağa baxmamalı, eyni zamanda hər 1–2 saniyədən bir sol yan güzgüyə də nəzər salmalıdır. İkinci və daha təhlükəsiz üsul isə arxa görüntü kamerasından istifadə etməkdir.

Məşqçinin sözlərinə görə, 180 dərəcə bucaqla görüntü verən kameralar həm sağ, həm də sol tərəfi tam şəkildə göstərir və kor zonanı minimuma endirir. Bu cür texniki vasitələrdən düzgün istifadə edilmədikdə, solda hərəkət edən piyadanın, xüsusilə gözə çarpmayan nöqtədə olan şəxsin vurulması ehtimalı artır.

Mütəxəssis sürücüləri diqqətli olmağa çağıraraq qeyd edib ki, dayanacaqdan çıxış zamanı bir tərəfin daim nəzarətdə saxlanılması həyat qurtara bilər.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
avtosfer.az

1Mənbələr