Paytaxtdan bölgələrə sürücülərin rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun görüntüləri müzakirələrə səbəb olub.
Bildiririk ki, sürsücülərdən birinin yaydığı videoda Bakı ilə Qərb bölgəsini birləşdirən əsas avtomobil yolunda tikinti və təmir işlərinin hələ də davam etdiyi aydın görünür.
Görüntülərdə yolun Ağsu rayonu ərazisindən keçən hissəsində tikiləcək körpünün dayaqlarının artıq hazır olduğu, növbəti mərhələyə başlandığı məlim olur. Hələ tikintisinə 2020-ci ildə başlanılan yolun bir hissəsində təmir işləri yekunlaşıb. Lakin Ağsu rayonu ərazisindən keçən hissədə gecikmələr müşahidə olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tikinti işləri başlayarkən verdiyi açıqlamada qeyd olunub ki, Ümumi uzunluğu 85.6 kilometr olan bu yol yenidənqurma nəticəsində 9 kilometr qısalaraq 76.6 kilometr təşkil edəcək. Mövcud 2 zolaqlı avtomobil yolu genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq. Yeni layihə üzərində 8 körpü vardır. Bunlardan 5 mövcud körpü 4 zolağa uyğun genişləndiriləcək, 3 ədəd körpü trassanın dəyişdirilmiş yeni ox üzərində yenidən 4 zolağa uyğun layihələndirilib tikiləcək.
İşlərin əvvəlcə 2025, daha sonra isə 2026-cı ilə qədər yekunlaşacağı açıqlansa da, görünür hələ bu il də 77 kilometrlik yol hələ növbəti il də sürücülər üçün yenə 1 zolaqdan ibarət olacaq.