AZ

Nikol Kidman 19 illik evliliyini rəsmən bitirdi

Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Oskar" mükafatlı Hollivud aktrisası Nikol Kidman 19 illik musiqiçi həyat yoldaşı Kit Urbanla boşanıb.

Axşam.az xəbər verirki, cütlük evliliklərini rəsmi şəkildə sonlandırıblar.

Məhkəmə sənədlərinə görə, keçmiş həyat yoldaşları uşaq baxımı və aliment hüquqlarından imtina ediblər. Onların övladları Səndey Rouz və Feyt Marqaret ilin 306 gününü aktrisa ilə birlikdə keçirəcəklər. K.Urban isə uşaqlarla "hər ikinci həftəsonu" görüşə biləcək.

Aktrisa və müğənni həmçinin razılığa gəliblər ki, aliment ödəməyəcəklər, hər birinin aylıq gəliri 100 000 dollardan artıq olduğuna istinad ediblər.

Bütün birgə mülkiyyət, investisiyalar, bank hesabları, mebel, texnika, avtomobillər və şəxsi əşyalar qarşılıqlı razılıq əsasında bölünəcək, hər kəs artıq malik olduğu əşyaları saxlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
axsam.az

1Mənbələr