ABŞ-ın Qrenlandiyanı ələ keçirmək qərarı NATO üçün ağır nəticələrə səbəb olacaq.
Publika.az xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen bildirib.
O, bu şərhi Trampın ölkə üzərində nəzarət məsələsinə qayıtdığı barədə xəbərlərə cavab olaraq verib.
Siyasətçinin sözlərinə görə, ABŞ-ın başqa bir NATO ölkəsinə hərbi hücum qərarı, Avropanın son onilliklərdə bu qədər vaxt sərf etdiyi təhlükəsizlik sisteminin dağılmasına səbəb olacaq.